RAZILIQ VERMƏK
REKORD QIRMAQ
OBASTAN VİKİ
Reaksiya
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Kimyəvi reaksiya
Kimyəvi reaksiya — maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə Edvin teoremi deyilir. Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur: İstiliyin ayrılması və ya udulması; İşığın ayrılması; Rəngin dəyişməsi; Çöküntünün əmələ gəlməsi və ya itməsi; Qaz halında maddənin ayrılması; İyin çıxması.Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir. Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır: 2H2 + O2 → 2H2O == Kimyəvi reaksiyaların sürəti == Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir. Reaksiya sürətinin təyin edilməsi ilə kimyəvi kinetika məşğul olur.
Zəncirvari reaksiya
Zəncirvari reaksiya – hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir. Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncivari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir.
автосбо́рочный ба́рхатно загри́вок изне́живать клеёнчатый навева́ние Нисса́н профо́рма изумру́дик не то чтобы палеовулканоло́гия предотвраща́ться слоня́ться студе́нт emancipator fancier nosing paresis poule poultry-farm stanza validation всплёскивать неслышный облапошивать